“Barselona” braziliyalı hücumçu üçün təklif göndərib

“Barselona” Braziliyanın “Vasko da Qama” klubunda çıxış edən gənc hücumçu Rayanın transferində ciddi şəkildə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi artıq 19 yaşlı futbolçunun keçidi üçün Braziliya tərəfinə rəsmi təklif göndərib.

“Barselona”nın onun üçün 25–30 milyon avro aralığında məbləğ ödəməyə hazır olduğu bildirilir.

Rayan son mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button