“Barselona” ”Betis” üçün bunu edəcək

“Barselona”nın baş məşqçisi Xavi bildirib ki, La Liqanın 35-ci turunun oyunundan öncə İspaniya kubokunu qazanması münasibəti ilə “Betis”ə çempionluq dəhlizi yaradacaqlar.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu idman ruhunun əlaməti adlandırıb:

“Bu, hörmətin və idman ruhunun əlamətidir. Rəqib buna layiqdir. Bu barədə paltardəyişmə otağında danışdıq, futbolçular dəstək oldular. Biz bir vaxtlar “Real” üçün çempionluq dəhlizi təşkil etmişdik. Rəqibə hörmət etməlisən, qalanı məni maraqlandırmayan söhbətlərdir”.

“Barselona”nın “Betis”lə görüşü bu gün saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button