
“Barselona”nın “B plan”ı var – Bastoninin keçidi alınmasa
“Barselona” yeni mərkəz müdafiəçisi axtarışlarını davam etdirir.
Kataloniya klubunun əsas transfer hədəfi hələ də “İnter”in oyunçusu Alessandro Bastonidir. Ancaq italiyalı futbolçunun yüksək qiyməti bu keçidi xeyli çətinləşdirir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona”nın rəhbərliyi alternativ variantı da müəyyənləşdirib. Belə ki, Bastoni ilə danışıqlar uğursuz alınacağı halda, “Tottenhem”in kapitanı Kristian Romero “B plan”ı kimi nəzərdən keçirilir.
Argentinalı müdafiəçi dəfələrlə La Liqada çıxış etmək istədiyini gizlətməyib. Üstəlik, London klubunun Premyer Liqanı tərk edəcəyi təqdirdə, 28 yaşlı futbolçunun daha münasib qiymətə əlçatan olacağı bildirilir.
“Transfermarkt” portalı Romeronun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Bizi Facebook-da izləyin



