“Barselona” baş məşqçisi ilə anlaşıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubu ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.

Komanda.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis kataloniyalılarla 2027/28 mövsümünün sonuna qədər olan yeni razılaşma əldə edib. Hazırkı müqavilənin müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.

Flik “Barselona”nın “sükanı arxasına” 2024-cü ilin yayında keçib. Komanda onun rəhbərliyi altında iki dəfə İspaniya superkubokunu, bir Kral kubokunu və bir dəfə La Liqanı qazanıb.

“Barselona” hazırda La Liqada turnir cədvəlinə başçılıq edir. Komanda 31 turdan sonra 79 xal toplayaraq 2-ci pillədəki “Real”dan 9 xal öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button