“Barselona” Alvares üçün ilk rəsmi təklifini göndərib

“Atletiko”nun hücumçusu Xulian Alvaresin “Barselona”ya transferi gündəmdə qalmağa davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı forvard üçün Madrid təmsilçisinə ilk rəsmi təklifini göndərib. Bildirilir ki, “Barselona” 26 yaşlı futbolçuya görə 100 milyon avro ödəməyə hazırdır. Təklifə bonuslar və ya başqa futbolçular daxil edilməyib. Söhbət yalnız sabit məbləğdən gedir.

Alvares İspaniya La Liqasının son mövsümündə 29 matçda meydana çıxaraq, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button