
“Barselona” onunla bağlı son qərarı verməyib
“İnter”in müdafiəçisi Alessandro Bastoni “Barselona”nın transfer hədəfləri sırasında qalır.
Kataloniyalıların italiyalı futbolçunu heyətinə qatmaq istəyi ilə bağlı xəbərlər yayılsa da, hələlik yekun qərar verilməyib. Baş məşqçi Hans-Diter Flik və onun köməkçiləri Bastoninin komandanın taktiki sistemində mərkəz müdafiəçisi roluna nə dərəcədə uyğun gəldiyini dəyərləndirirlər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis transferə “yaşıl işıq” yandırsa, 27 yaşlı müdafiəçinin keçidi “Barselona”ya təxminən 60-65 milyon avroya başa gələ bilər.
Daha əvvəl yayılan xəbərlərdə isə Bastoninin özünün də “Barselona”ya keçidə müsbət yanaşdığı bildirilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



