
“Barselona” 3 futbolçu ilə vidalaşa bilər
“Barselona” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi müdafiəçi Hektor Fort, yarımmüdafiəçi Mark Kasado və hücumçu Ferran Torres üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.
“Barselona” rəhbərliyi mümkün satışlardan əldə olunacaq gəlirlə yay transfer dönəmində yeni futbolçular almağı planlaşdırır.
Kataloniya təmsilçisi 2025/26 mövsümündə İspaniya çempionluğunu vaxtından əvvəl təmin edib. Hans-Diter Flikin komandası mövsümdə son oyununu mayın 23-də, səfərdə “Valensiya”ya qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



