“Barselona” Braziliya klubunun hücumçusunu istəyir

Braziliyanın “Flamenqo” klubunun hücumçusu Rayan Roberto İspaniya La Liqasında çıxış etmək şansı əldə edə bilər.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, “Barselona” braziliyalı futbolçunun transferi ilə maraqlanır. Klub artıq qarşı tərəfə onunla bağlı marağını rəsmi şəkildə çatdırıb.

Bu il Braziliyanın U-17 komandasında çıxış edən Roberto möhtəşəm statistikaya imza atıb. O, 20 qol və 14 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Onun U-17 milli komandasının dünya çempionatı üçün iştirakçı siyahısında yer alacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button