“Barselona” 16 milyon təklif edir – “İnter”in futbolçusuna

İspaniyanın “Barselona” klubu uzun müddətdir transfer etməyə çalışdığı “İnter”in futbolçusu Lautaro Martines üçün hərəkətə keçir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 22 yaşlı hücumçu üçün təklif hazırlayıb. İspanlar Martinesə illik 16 milyon funt-sterlinq təklif edir.

Martines bir müddət əvvəl verdiyi açıqlamada, karyerasını “İnter”də davam etdirmək istədiyini bildirmişdi.

Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 31 oyunda 16 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button