“Barselona” 33 yaşlı futbolçunu transfer edir?

“Barselona” yay transfer pəncərəsi dövründə ilk transferini “Atletiko”dan edə bilər.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, cari mövsümün sonunda “Atletiko” ilə müqaviləsi başa çatacaq Filipe Luis komandadan ayrılacaq. Braziliyalını “Barselona”nın istədiyi, futbolçunun özünün də Kataloniya klubunda oynamağı arzuladığı deyilir.

33 yaşlı cinah müdafiəçisinin mövsümün sonunda sərbəst şəkildə “Barsa”ya keçəcəyi bildirilir.

“Atletiko”nun heyətində bu mövsüm 20 oyunda iştirak edən “sambaçı”, bu oyunlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button