Barellanı ver, Kessyeni al

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Barselona” və “Real” maraqlanır. Bu barədə “Calciomercatoweb” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Barselona” 2022-ci ilin yayında azad agent kimi komandaya qoşulan Frank Kessyeni də Barellanın transferi üçün qarşı tərəfə təklif etməyə hazırdır.

Barella “İnter”ə 2020-ci ildə “Kalyari”dən keçib. Yarımmüdafiəçi bu mövsüm A Seriyası və Çempionlar Liqasında 13 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button