Balotellidən yeni klubunda uğurlu debüt

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Mario Balotellinin yeni klubu “Monza”dakı debütü uğurlu olub.

Komanda.az xəbər verir ki, o, ilk matçını qolla yaddaqalan edib.

Belə ki, Balotelli B Seriyasının 16-cı turu çərçivəsində “Salernitana” ilə matçın 4-cü dəqiqəsində fərqlənməklə oyunda hesabı açıb. Komandası isə bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb. Mario 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Balotelli dekarın 7-də “Monza”ya azad agent kimi transfer olunub.

A Seriyasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Monza” 16 oyuna topladığı 29 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button