Balayev səhvə yol versə də, komandası qalib gəldi – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Aktobe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb. Əvvəlki oyunlarını yüksək səviyyədə keçirən futbolçumuz bu dəfə kobud səhvlə yadda qalıb. Belə ki, qonaqların vurduğu yeganə qol məhz Emilin səhvi nəticəsində baş tutub.

Maksimum nəticə göstərən “Tobol” hazırda 12 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button