“Baku Sportinq” Şəkidən xalsız qayıtdı

2-ci Liqada 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Füzuli” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Şəmkir” “Şəfa” ilə ev oyununda 3 xalı 2 cavabsız qolla qazanıbsa, “Lerik” “Ağdaş”ı tək qolla məğlub edib.

“Şəki Siti”nin qonağı olan lider “Baku Sportinq” isə turu məğlub başa vurub.

2-ci Liqa
16-cı tur

12 mart

“Füzuli” – “Dinamo” 3:2
Qollar
: Elvin Nəsibov, 51; 62. Emin Quliyev, 54 – Valeh Seyidov, 20-pen. Fizuli Dəmirov, 80.
“ASK Arena”, 13:00.

“Şəmkir” – “Şəfa” 2:0
Qollar
: Məzahir Əhmədov, 23-pen. İlkin Əliyev, 48.
Şəmkir OİK stadionu, 15:00.

“Lerik” – “Ağdaş” 1:0
Qol
: Ruslan Tağızadə, 82.
Lənkəran OİK stadionu, 15:00.

“Şəki Siti” – “Baku Sportinq” 3:2
Qollar
: Tural Məmmədzadə, 9; 14. Yusif Cəfərov, 90+4-pen. – Röyal Nəcəfov, 63. Comərd Baxşəliyev, 79.
Şəki şəhər stadionu, 15:30.

Turun digər oyunları:
“Cəbrayıl” – “Şahdağ Qusar” 2:2
“Kürmük Qax” – “Kür-Araz” 1:4
“Göygöl” – “Qusar” 3:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button