“Bakı”nın sabiq baş məşqçisi işsiz qaldı

Türkiyənin “Rizəspor” komandasının baş məşqçisi Bülənt Qorxmaz bu klubdan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Rizə klubunun rəsmi saytı məlumat yayıb.

Müqaviləsinin müddəti bu ayın sonunda bitəcək 54 yaşlı mütəxəssislə yeni sözləşmə imzalanmayıb. O, 2022-ci ilin əvvəlindən “Rizəspor”a rəhbərlik edirdi. Geridə qalan mövsümü TFF 1-ci liqada keçirmiş Rizə təmsilçisi 68 xalla ikinci yeri tutub və Super Liqaya vəsiqə qazanıb.

Vaxtilə Azərbaycanda “Bakı”nın da baş məqşçisi olmuş Bülənti “Rizəspor”da kimin əvəz edəcəyi də məlumdur. Sözügedən komandanı yeni mövsümdən digər türkiyəli mütəxəssis İlhan Palut çalışdıracaq. 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detallar açıqlanmır. O, daha öncə “Hatayspor”, “Göztəpə” və “Konyaspor”da da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button