
“Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir” – “KuPS”un baş məşqçisi
Finlandiyanın “KuPS” klubunun baş məşqçisi Mika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, finlandiyalı baş məşqçi komandasının Bakıdakı məğlubiyyətini (0:1) də şərh edib:
“Təbii ki, Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir. Buna baxmayaraq, biz Bakıda komandanı oyunda saxlayan nəticə əldə etdik. Lakin növbəti mərhələyə yüksəlmək şansımızı qorumaq üçün oyunumuzu təkmilləşdirməliyik”.
“KuPS” – “Sabah” oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



