Bakıda keçiriləcək dünya kubokunun vaxtı açıqlandı

Bakıda keçirilməsi planlaşdırılan, amma koronavirusa görə təxirə salınan batut gimnastikası və tamblinq üzrə dünya kubokunun yeni tarixi açıqlanıb.

Komanda.az xəbər verir ki, turnir bu il 18-21 noyabrda keçiriləcək. Bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FIG) məlumat yayıb.

Azərbaycan paytaxtında yaş qrupları üzrə yarış isə 26-29 noyabrda keçiriləcək.

Batut gimnastikası və tamblinq üzrə dünya kuboku bu il 13-14 fevralda keçirilməli idi.