
“Bacardığım qədər Hazardın oyununun ən yaxşı anlarını izləyirdim”
“Mançester Yunayted”in hücumçusu Brayan Mbeumo ən böyük kumirlərindən birinin adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Çelsi”nin sabiq oyunçusu Eden Hazardın adını çəkib:
“Bacardığım qədər Eden Hazardın oyununun ən yaxşı anlarını izləyirdim. Düşünürdüm ki, o, çox yaxşı, inanılmaz dərəcədə yaxşı idi. Rəqiblərini çox asanlıqla keçir, əla oyun göstərir, inanılmaz ötürmələr edirdi. Sadəcə, topu götürüb hamının yanından keçə bilirdi, bu, dəlilik idi”.
Hazard 2012-ci ildən 2019-cu ilə qədər “Çelsi”də oynayıb, daha sonra “Real”a keçib. O, 2023-cü ildə futbolçu karyerasını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



