
Babək Quliyevə UEFA-dan növbəti təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.
A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



