“Bəzi məsələlərdə dəyişikliklər etdik və bu, işə yaradı”

“Liverpul”un futbolçusu Dominik Soboslai İngiltərə Premyer Liqasının 2-ci turunun “Bornmut”la matçını (3:1) dəyərləndirib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, oyunda edilən dəyişikliklərin işə yaradığını deyib:

“Özümü əla hiss edirəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda azarkeşləri sevindirəcəm. Qapımızda qol gördükdən sonra cəld reaksiya göstərdik. Topa nəzarət bizim tərəfimizdə idi. Bəzi məsələlərdə dəyişikliklər etdik və bu, işə yaradı”.

Macarıstan millisinin üzvü yay transfer pəncərəsində Mersisayd təmsilçisinə keçib. Onunla 5 illik müqavilə imzalanıb.

“Qırmızılar” üçüncü turda “Nyukasl”la, “Bornmut” isə “Tottenhem”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button