“Bəlkə də, növbəti mövsüm daha yaxşı olacağıq” – Qvardiola

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, məğlubiyyəti şərh edən ispan mütəxəssis, çempionluq yarışı ilə bağlı da danışıb:

“1:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, komandamı təbrik edirəm. Futbolçularım fantastik oyun göstərdilər. Rəqib çox sürətli oynayırdı, top itirdikdə, bizə çətin olurdu. Nəticə üçün çox çalışdıq. Təəssüf ki, qolu gec vurduq və nəticəni dəyişə bilmədik. Səhv etdikcə, komanda inkişaf edəcək. Rəqibin də üstün keyfiyyətlərini inkar edə bilmərik.

Çempionluq uğrunda yarış gəlincə, irəliləməli, öz oyunumuzu göstərməliyik. Qarşıda çox matç var. Vəziyyət mürəkkəbdir, çünki rəqibin inanılmaz qələbə seriyası var, 16 oyunda 15 qələbə. “Liverpul”a çatmasaq, növbəti mövsüm yenidən cəhd edəcəyik. Bəzən belə məğlubiyyətlər olur, vacib olan imtina etməməkdir. Bu mövsüm bütün qarşılaşmalarda istədiyimiz oyunu göstərmişik. Bəlkə də, növbəti mövsüm daha yaxşı olacağıq”.

16 turdan sonra 12 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider “Liverpul”dan 14 xal geridədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button