Azərbaycanlı hakimlər beynəlxalq təyinat alıblar

Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.

Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.

Qafarlı birinci. Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button