
Azərbaycanın basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
Azərbaycanın qadın basketbolçulardan ibarət U-20 millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.
Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından bildirilib.
Komanda B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.
Turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



