Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

18-23 iyul tarixlərində Andorrada 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları baş tutacaq.

Komanda.az xəbər verir ki, B qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz Andorra, Albaniya və Moldova yığmalarına qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu 18 iyul saat 21:30-da yerli Andorra yığmasına qarşı olacaq.

Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi “Youtube” hesabından canlı olaraq yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button