“Sabah”dan inamlı qələbə

Aprelin 25-də Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun ilk oyunu Qubada təşkil olunub. “İmişli” meydan sahibi qismində “Sumqayıt”ı qəbul edib və iki cavabsız qola üzülüb.

Günün son matçında “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Son oyunlarda məğlubiyyətləri sıralayan “Kəpəz” bu turda Şamaxıya səfər edib. Gəncə təmsilçisi bu oyunda da məğlubiyyətə üzülüb.

Turun mərkəzi oyunu olan “Neftçi” – “Qarabağ” matçı da dünən keçirilib. “Ağ-qaralar” demək olar ki, çempionluq şansı qalmayan əzəli rəqibi ilə qarşılaşmada qələbə qazanmaqla, avrokuboklara vəsiqə ümidinin davam etməsinə çalışacaqdı. Amma oyun “köhlən atlar”ın böyükhesablı qələbəsi ilə bitib.

Turun qalan oyunları bu gün keçirilib. “Turan Tovuz” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk edib.

Lider “Sabah” isə bu turda autsayder “Karvan-Yevlax”ı sınağa çəkib və inamlı qələbə sayəsində mövqeyini möhkəmləndirib.

Azərbaycan Premyer Liqası, 29-cu tur

25 aprel

İmişli – Sumqayıt 0:2
Qollar:
Aleksandr Ramalinqom, 34; 85.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu, 16:00

İmişli: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 23. Dioqo Rollo 79. Dioqo Kardozu 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya

Sumqayıt: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 24. Sənan Muradlı 64. Kənan Feyziyev 75. Nadir Orucov 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 23. Ronaldo Vaskez 80. Keffel Resende
Baş məşqçi: Saşa İliç

Qəbələ – Araz-Naxçıvan 1:1
Qollar: Ömər Buludov, 76-öz qapısına – İssuf Paro, 83.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Tsxadadze

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 14. Ülvi İsgəndərov, 86. İbrahim Piriyev, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Baş məşqçi: Andrey Demçenko.

26 aprel

Şamaxı – Kəpəz 2:0
Qollar: Rikardo Apolinario, 68. Andrey Tırkovyanu, 75.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu, 16:00

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 88. Rodriqo Fernandeş 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov

Kəpəz: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov

Neftçi – Qarabağ 1:5
Qollar: Elvin Bədəlov, 20 – Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 19:00

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Vitali Vernidub.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

27 aprel

Turan Tovuz – Zirə 1:1
Qollar: Rəhim Sadıxov, 22 – Davit Volkov, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 18:00 

Turan Tovuz: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 32. Hayderson Hurtado 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 6. Fərid Yusifli 73. Ülvi Mədətov 60. Vüqar Bağırov 7. Xorxe Silva 8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev

Zirə: 97. Tiaqo Silva, 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Sabah – Karvan-Yevlax 2:0
Qollar: Patrik Mbina, 49. Aaron Maluda, 55.
Qırmızı vərəqə: Aleksey İsayev, 64 – Topmson Qavi, 36.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”, 20:00

Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 99. Patrik Mbina, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 16. Rauf Rüstəmli, 20. Coy Sleyd Mikels, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button