
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Komanda.az xəbər verir ki, “Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yanvarın 11-dən 17-nə qədər toplanış keçəcək U-21 yığması”Səbail” və “Şamaxı”ya qarşı yoxlam matçına çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



