Azərbaycan millisi Qazaxıstanla iki yoxlama oyunu keçirəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

AFFA-dan Komanda.az-a verilən məlumata görə, milli hazırlıq dönəmində – mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoxlama oyunu keçirəcək. Hər iki oyunun saat 18:00-da başlanması nəzərdə tutulur.

Yığmaya dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button