Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku 2026” turnirinin finalına vəsiqə qazanıb.

Bu barədə Komanda.az-a komitədən məlumat verilib.

Milli komanda yarımfinalda Fil Dişi Sahili yığmasını 6:0 hesabı ilə məğlub edib.

Digər yarımfinal qarşılaşmasında ABŞ millisi Honq Konq yığmasına 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, Azərbaycan komandası həlledici görüşdə ABŞ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button