Azərbaycan millisi bu gün Andorra ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Andorra yığması ilə qarşılaşacaq.

Oyun Bakıdakı “Bank Respublika Arena”da, saat 17:00-da start götürəcək.

Azərbaycan millisi hazırda 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, dördüncü yerdəki Andorranın 1 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button