
Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.
Komanda.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda bu gün Afinaya yola düşüb.
İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması Avropa çempionatının C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları avqustun 21-dən 28-nə qədər Milli Gimnastika Arenasında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



