Azərbaycan kanoeçisi Avropa çempionu oldu

Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Su İdman Növləri Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, Masters kateqoriyasında (35–39 yaş) birinci yeri tutub.

500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.

Boqdan Kurudz iyunun 13-də bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button