“Azarkeşlərin məni bu qədər sevəcəyini düşünməmişdim” – Kaka

Braziliya millisinin və “Milan”ın sabiq futbolçusu Kaka açıqlama verib.

Komanda.az xəbər verir ki, “Milan”ın mətbuat xidmətinə danışan keçmiş futbolçu, “qırmızı-qaralar”ın azarkeşləri barədə düşüncələrini dilə gətirib:

“Milan” azarkeşləri ilə inanılmaz münasibətim vardı, onlar çox təbii idilər. Azarkeşlərin məni bu qədər sevəcəyini düşünməmişdim, hər şey çox təbii baş verdi. Onların mənim üçün oxuduqları mahnı var idi. Hələ də hər dəfə “San Siro”ya qayıdanda və bu mahnını eşidəndə, kövrəlirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button