Azarkeşləri təhqir edən futbolçuya 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi 1-ci Liqada çıxış edən “Mingəçevir”in hücumçusu Amil Yunanovu 4 oyunluq diskvalifikasiya edib.

Komanda.az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib.

Futbolçu 25-ci turda “Şahdağ Qusar”a qarşı keçirilən matçın ardından azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, komandası 3000 manat cərimə edilib.

Onun komanda yoldaşı Elnur Mirzəyev görüş başa çatdıqdan sonra rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyunluq cəzalandırılıb, bölgə təmsilçisi 1200 manat cərimələnib.

Bundan başqa, “Şahdağ Qusar”ın heyətində 4, “Mingəçevir”də isə 6 futbolçu sarı vərəqə aldığı üçün hər iki komanda ayrılıqda 210 manat cərimə ödəməli olacaq.

Eyni turda “Zaqatala” və “Səbail” komandalarının futbolçuları – İlkin Qırtımov və Ruslan Voronsov qeyri-etik ifadə və hərəkətlərə görə birbaşa qırmızı vərəqə alıblar. Nəticədə, hər iki oyunçu 3 oyunluq diskvalifikasiya olunub, klubları isə ümumilikdə 2400 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button