Azarkeşlər həbs edildi – İrqçi təhqirlərə görə

Libertadores kubokunun 1/8 final mərhələsinin “Korintians”la oyunundan (0:0) sonra “Boka Xuniors”un bir neçə azarkeşi həbs edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki fanat irqi təhqirdə ittiham olunub. Digər bir azarkeş isə tribunada olarkən nasist jesti göstərib. Daha üç fanat da saxlanılaraq polis bölməsinə aparılıb, lakin sonradan qanunsuz hərəkətlərə dair əhəmiyyətli sübutlar olmadığı üçün sərbəst buraxılıb. Hadisəni törədənlər görüntüləri təqdim edən “Korintians” klubunun köməyi ilə müəyyən edilib.

Libertadores kubokunun 1/8 final mərhələsinin “Boka Xuniors” – “Korintians” cavab oyunu iyulun 5-də, Argentinada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button