Azərbaycanlı məşqçi qəzada vəfat etdi

Gəncədə fəaliyyət göstərən “Metallurq” İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Komanda.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində məşqçinin ailə üzvləri də həyatlarını itirib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button