Azərbaycanlı idmançı Özbəkistanda keçirilən dünya çempionatının qalibi olub

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 13-cü WSF dünya çempionatında iştirak edən Azərbaycan idmançıları növbəti uğura imza atıblar.

Komanda.az xəbər verir ki, 12-13 yaş qrupunda çıxış edən Seyidəli Fəttahlı (44 kq) 6 döyüşün 6-da da qalıb gələrək, dünya çempionu adına layiq görülüb.

Seyidəli Fəttahlı bundan öncə də bir sıra beynəlxalq və yerli əhəmiyyətli yarışlarda birinciliklər əldə edib.

Yeniyeymə karate ustasının müəllimi məşhur idmançı, dünya və Avropa çempionu Niyazi Əliyevdir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button