
Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar
Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq təyinat alıblar.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri AÇ-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya oyununu idarə edəcəklər.
Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində keçiriləcək.
Matçın birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



