Azərbaycanlı futbolçu Ukrayna klubunun ən yaxşısı seçildi

Ukraynanın “Aleksandriya” klubunun azərbaycanlı futbolçusu Emil Mustafayev komandasında fevral-mart aylarının ən yaxşısı seçilib.

Komanda.az xəbər verir ki, Mustafayev ötən iki ayda iki qol, iki ötürmə ilə yadda qalıb.

Beləliklə, 21yaşlı yarımmüdafiəçi azarkeşlərin səsverməsi nəticəsində hamını qabaqlayıb.

Azərbaycanlı futbolçunun “Aleksandriya” ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button