
Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişdi
Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova Türkiyənin “Amedspor” klubuna keçib.
Komanda.az xəbər verir ki, bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi 2025/2026 mövsümündə bu komandada çıxış edəcək.
Ayşən Əhmədova daha əvvəl Türkiyədə “Ünye Gücü”nün formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



