Azərbaycanlı boksçu vyetnamlını məğlub edib

Azərbaycan boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə start verib.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan yığma üzvü 1/32 finalda Nqoc Mai Hoanqu (Vyetnam) yarışdan kənarlaşdırıb.

Allahverdiyeva 1/16 finalda ilk mərhələdən azad olan Mariana Soto Torreslə (İspaniya) qarşılaşacaq. Görüş martın 8-də baş tutacaq.

Azərbaycan boksçularından daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.

Lisenziya turnirinə martın 11-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button