“Azərbaycanla oyunda hədəfimiz qələbədir” – Lindelöf

İsveç yığmasının müdafiəçisi Viktor Lindelöf AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu belə danışıb:

“Azərbaycan millisinə qarşı uğurlu oynamaq, rəqibə çətin anlar yaşatmaq istəyirik. Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Bunun bizim üçün problem olacağını düşünmürəm. Həm yaxşı ab-havanı, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik.

Təəssüf ki, final mərhələsinə vəsiqə qazanmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacaqğıq. Əvvəlki matçlarda olduğu kimi, bu dəfə də hədəfimiz qələbədir”.

F qrupunda yer alan təmsilçimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə mövqe tutubsa, 7 xal malik İsveç 3-cü yerdədir.

Azərbaycan – İsveç qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:00-da səsləndiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button