
Azərbaycan millisi Avropa çempionatında 1/8 finala yüksəlib
Azərbaycanın qadınlardan ibarətət kamandan oxatma millisi Avropa çempionatında 1/8 finala yüksəlib.
Azərbaycan Kamandan Oxatma Federasiyasından Komanda.az-a verilən məlumata görə, Türkiyənin Antalya şəhərində keçirilən turnirdə Çexiya yığmasını 6:2 hesabı ilə üsətələyən komanda adını növbəti mərhələyə yazdırıb.
Yığma sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq.
Azərbaycan komandasının heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



