
Azərbaycanın milli komandaları Avropa çempionatına Belarusda hazırlaşacaq
Azərbaycanın qız basketbolçulardan ibarət U-16, U-18 və U-20 milli komandaları Belarusa yollanıblar.
Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yığmalar Avropa çempionatı öncəsi hazırlıqlarını bu ölkədə davam etdirəcək.
Təlim-məşq toplanışı 26 may-4 iyun aralığında olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



