Azərbaycanın 3 güləşçisi Avropa çempionatında yarımfinala yüksəldi

Azərbaycan 4 yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Ziya Babaşov 1/4 final mərhələsində israilli Abere Feteneyə qalib gələrək, yarımfinala yüksəlib.

77 kq-dakı Xasay Həsənli bolqar Martin Dimitrovu, ardınca isə macar Kriştofer Klanyini məğlub edərək, yarınfinala adlayıb.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb. Sərxan Məmmədov (130) isə 1/4 finalda çexiyalı Marsel Albini ilə dueldən qalib ayrılıb.

Babaşov finala gedən yolda bolqar İlya Mustakovla, Həsənli serbiyalı Aleksa İliçlə, Məmmədov isə türkiyəli Fatih Bozkurtla görüşəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avropa çempionatı martın 13-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button