Azərbaycanda yeni klub yaradıldı

Azərbaycanda yeni voleybol klubu yaradılıb.

Komanda.az xəbər verir ki, yalnız debüt mövsümündə kişilərdən ibarət olacaq komanda “Xarı bülbül” adı altında fəaliyyət göstərəcək.

Yeni komandanın hədəfi Vətən Müharibəsinin simvoluna çevrilmiş xarı bülbülü beynəlxalq arenada tanıtmaq, Azərbaycanı layiqincə təmsil etmək, bu adın idman dünyasında mümkün qədər populyarlaşmasına töhfə verməkdir. “Xarı bülbül” artıq bu məqsədlə yeni mövsümdən uzun marafona start verəcək. Klub öncə Azərbaycan Yüksək Liqasında, ardınca avrokuboklarda özünü doğrultmağa çalışacaq. “Xarı bülbül”ün gələcək planlarına qadın voleybolçulardan ibarət komanda formalaşdırmaq, dünyasəviyyəli kluba çevrilmək də daxildir.

Komandanın emblemində Azərbaycan bayrağının rəngləri və xarı bülbüllə yanaşı, ikinci Qarabağ Müharibəsi şəhidlərinin sayı qeyd edilib. “Xarı bülbül”un prezidenti Fatimə Hacıyeva olacaq. Tibb üzrə fəlsəfə doktoru, dosent Azərbaycan voleybol tarixinə ilk qadın rəhbər kimi düşəcək. Komandanın təsisçisi isə beynəlxalq idman agenti, eyni zamanda klubda oynayacaq İlqar İmamquliyevdir.

“Xarı bülbül” artıq yeni mövsüm üçün transfer çalışmalarına da start verib. Komandanın məqsədi debüt mövsümündə çempion olmaqdır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button