“Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacam” – Stuxlik

“Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacam”.

Komanda.az xəbər verir ki, bu sözləri AFFA ilə müqavilə müddəti iyunun 30-da başa çatacaq Hakimlər Komitəsinin sədri Frits Stuxlik qurumun rəsmi saytına açıqlamasında deyib.

O, bildirib ki, son illər hakimlik, xüsusən də, oyun rəsmiləri sahəsində pozitiv dəyişiklikləri görmək çox xoşdur:

“Təkcə Premyer Liqa və 1-ci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button