
Azərbaycan yığması Qazaxıstana ikinci oyunda da uduzdu
Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.
Komanda.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ikinci dəfə Qazaxıstan millisi ilə üz-üzə gəlib.
Aktaudakı “BS Arena”da baş tutan görüş Qazaxıstan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



