Azərbaycan yığması Avropa çempionatına yollandı

Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Təl-Əviv şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək məqsədilə adıçəkilən İsrailə yola düşüblər.

Komanda.az xəbər verir ki, Azərbaycanı qitə birinciliyində böyüklər arasında Zöhrə Ağamirova, Arzu Cəlilova, gənclər arasında Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil edəcək.

İyunun 16-da isə qrup hərəkətləri üzrə yığma komanda qitə çempionatında iştirak etmək üçün İsrailə səfər edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button