Azərbaycan – Syerra Leone matçının hakimləri məlum oldu

“FİFA Series – 2026” beynəlxalq turnirində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone oyununu Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, matçın baş hakimi Asker Najafaliyev olacaq. Ona həmyerliləri İslom Azimov, Baxtiyorxuja Şavkatov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button