“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Sabah” matçı “Sabah”ın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sabah”ın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb. Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.

“Sabah” Premyer Liqada 5-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button